İrakli Kobaxidze – Səmərəli siyasət, güclü hökumət komandası və korrupsiyanın aradan qaldırılması sürətli iqtisadi inkişafımızın səbəbidir

12:58, 16.11.2026

Səmərəli siyasət, güclü hökumət komandası və korrupsiyanın aradan qaldırılması sürətli iqtisadi inkişafımızın səbəbidir. Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Biznes Assosiasiyasının “Gürcüstanda biznes mühiti, hökumət və biznes arasında dialoq” adlı konfransında çıxışı zamanı bildirib.

Hökumət başçısının sözlərinə görə, korrupsiyanın aradan qaldırılması əsas prioritetlərdən biridir və bu istiqamətdə iş gələcəkdə də davam etdiriləcək.

“Səmərəli siyasət və güclü hökumət komandası sürətli iqtisadi inkişafımızın səbəblərindən biridir. İkinci səbəb isə korrupsiyanın aradan qaldırılmasıdır. Bu baxımdan müəyyən müddət ərzində kifayət qədər ciddi problemlər mövcud olub, lakin biz bu mübarizəni davam etdirməyin zəruri olduğuna görə məsuliyyəti öz üzərimizə götürürük. Korrupsiya yüksək səviyyədə aradan qaldırılıb və biz bunu cəmiyyət qarşısında əminliklə bəyan edirik. Əgər korrupsiya ilə əlaqəli, hakimiyyətin yüksək, orta və ya istənilən səviyyəsində baş vermiş heç olmasa bir fakt təqdim olunsa, dərhal reaksiya verəcəyik. Lakin opponentlərimiz indiyədək belə faktlar təqdim edə bilmirlər. Bu, bizim üçün yaxşıdır, amma diqqəti zəiflətmək olmaz. Korrupsiyanın aradan qaldırılması əsas prioritetlərdən biridir və bu istiqamətdə iş gələcəkdə də davam etdiriləcək”, – deyə Baş nazir bildirib.

 

Oxşar