İrakli Kobaxidze – Merab Dvalişvili və Saba Lazışvili bu gün Birləşmiş Ərəb Əmirliklərində azadlıqdan məhrumetmə müəssisəsini tərk ediblər, ləyaqətlərinə görə Meraba və Sabaya təşəkkür edirəm

19:01, 13.11.2026

Gürcüstanın Baş naziri İrakli Kobaxidze gürcü idmançılar Merab Dvalişvili və Saba Lazışvilinin azadlığa buraxılması ilə bağlı sosial şəbəkədə paylaşım edib.

İrakli Kobaxidzenin yazdığına görə, Birləşmiş Ərəb Əmirliklərinin hakimiyyəti və məhkəməsi onların azadlığa buraxılması ilə bağlı ədalətli qərar qəbul edib.

“Bildiyiniz kimi, Merab Dvalişvili və Saba Lazışvili bu gün Birləşmiş Ərəb Əmirliklərində azadlıqdan məhrumetmə müəssisəsini tərk ediblər. Xarici işlər naziri Maka Boçorişviliyə və daxili işlər naziri Sulxan Tamazaşviliyə təşəkkürümü bildirmək istəyirəm. Onlar idmançıların hüquqlarının lazımi qaydada qorunmasını təmin etmək məqsədilə koordinasiya prosesinə dərhal qoşuldular. Merab və Sabanın vəkillik xidmətləri və cərimə xərclərini tam şəkildə qarşılayan şəxslərə də təşəkkür edirəm. Həmçinin, Birləşmiş Ərəb Əmirliklərinin hakimiyyətinə göstərdikləri anlayışa və ədalətli məhkəmə qərarına görə minnətdarlığımı bildirirəm. Onlar həm Merab Dvalişvili və Saba Lazışvilinin azadlığa buraxılması, həm də onlara tamamilə ləyaqətsiz şəkildə hücum edən şəxslərlə bağlı ədalətli qərar qəbul ediblər. Ləyaqətlərinə görə Meraba və Sabaya təşəkkür edir, idman karyeralarında gələcək uğurlar arzulayıram!”, – deyə İrakli Kobaxidze yazıb.

Oxşar