İrakli Kobaxidze – Krakovda baş vermiş faciə ilə əlaqədar dərin kədər hissi keçirirəm, həlak olanların ailələrinə və yaxınlarına səmimi-qəlbdən başsağlığı verirəm, xəsarət alanlara isə tezliklə sağalmalarını arzulayıram

10:45, 09.11.2026

Krakovda baş vermiş faciə ilə bağlı dərin hüzn keçirirəm. Həlak olanların ailələrinə və yaxınlarına səmimi-qəlbdən başsağlığı verirəm, – Gürcüstanın Baş naziri İrakli Kobaxidze X sosial şəbəkəsində yazır. 

Hökumət başçısının qeyd etdiyi kimi, Gürcüstan Polşa və Polşa xalqı ilə həmrəy olduğunu bildirir. 

“Krakovda baş vermiş faciə ilə bağlı dərin hüzn keçirirəm. Həlak olanların ailələrinə və yaxınlarına səmimi-qəlbdən başsağlığı verirəm, xəsarət alanlara isə tezliklə sağalmalarını arzulayıram. Bu ağır anlarda Gürcüstan Polşa və Polşa xalqı ilə həmrəy olduğunu bildirir”, – Baş nazir qeyd edir. 

Məlumat üçün bildirək ki, Polşanın Krakov şəhərində bir kişi avtomobildən yoldan keçənlərə atəş açıb. Atışma nəticəsində altı nəfər həlak olub, 16 nəfər yaralanıb. Polisin məlumatına görə, hücum edən şəxs Polşa vətəndaşı olan 24 yaşlı kişidir. 

Oxşar