İrakli Kobaxidze – İnqorokva klinikasında uşaqlara baş çəkdik, onların sağlamlıq vəziyyətinin qənaətbəxş olmasına sevindim, müalicə prosesinə psixoloqlar cəlb olunublar

13:29, 20.11.2026

İnqorokva klinikasında müalicə alan uşaqlara baş çəkdik. Onların sağlamlıq vəziyyətinin qənaətbəxş olmasına sevinirəm. Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze İnqorokva klinikasında jurnalistlərə bildirib.

Kobaxidzenin sözlərinə görə, faciə nəticəsində xəsarət alan iki azyaşlının müalicə prosesinə psixoloqlar da cəlb olunublar.

“İnqorokva klinikasında müalicə alan uşaqlara baş çəkdik. Onların vəziyyətinin qənaətbəxş olmasına sevinirəm. Həkimlər onlara qayğı göstərirlər, həkimlərə təşəkkürümü bildirirəm. Həmçinin, uşaqlarla psixoloqlar da işləyirlər ki, bu da çox vacibdir”, – deyə İrakli Kobaxidze bildirib.

Noyabrın 19-da Poniçalada yaşayış binasında baş verən qaz partlayışı binanın dağılmasına səbəb olub. Hadisə nəticəsində altı nəfər həlak olub, xəsarət alan beş nəfər isə klinikalara yerləşdirilib. Onlardan üçü hazırda klinikalarda qalır.

Gürcüstan hökumətinin sərəncamı ilə 2026-cı il noyabrın 22-si matəm günü elan edilib.

Oxşar