İrakli Kobaxidze – Dünən baş verən faciə bütün ölkəni sarsıtdı, həlak olanların ailələrinə və bütün Gürcüstana başsağlığı verirəm
Dünən baş verən faciə bütün ölkəni sarsıtdı. Həlak olanların ailələrinə, yaxınlarına və bütün Gürcüstana başsağlığı verirəm, – Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib.
Bununla yanaşı, Baş nazir axtarış-xilasetmə işlərinə cəlb olunan bütün xidmətlərin əməkdaşlarına təşəkkür edib.
“Dünən baş verən hadisə ilə əlaqədar axtarış işlərinə cəlb olunan hər kəsə təşəkkürümü bildirirəm. Daxili İşlər Nazirliyinin hər bir əməkdaşına, yanğınsöndürən-xilasedicilərə, daxili işlər nazirinə, həmçinin meriyanın xidmətlərinə təşəkkür edirəm. Onlar əllərindən gələni etdilər və buna görə onlara minnətdaram”, – deyə İrakli Kobaxidze bildirib.
Noyabrın 19-da Poniçalada yaşayış binasında baş verən qaz partlayışı binanın dağılmasına səbəb olub. Hadisə nəticəsində altı nəfər həlak olub, xəsarət alan beş nəfər klinikalara yerləşdirilib. Onlardan üçü hazırda klinikalarda müalicə alır.
Gürcüstan hökumətinin sərəncamı ilə 2026-cı il noyabrın 22-si matəm günü elan edilib.