İrakli Kobaxidze – 90-cı illərdən etibarən təhsil sistemində ciddi problemlər yaranıb və bu, nəticə etibarilə bu gün biznesə mənfi təsir göstərir. Biz bu vəziyyəti düzəltməyi planlaşdırırıq

13:49, 16.11.2026

Biznesin qarşısında duran əsas çağırışlardan biri işçi qüvvəsi çatışmazlığıdır. Məhz buna görə biz təhsil islahatına başlamışıq. 90-cı illərdən etibarən təhsil sistemində ciddi problemlər yaranıb və bu, nəticə etibarilə bu gün biznesə mənfi təsir göstərir, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib.

Baş nazirin sözlərinə görə, hakimiyyət bu vəziyyəti düzəltməyi planlaşdırır.

“Biznesin qarşısında bir neçə çağırış var. Əsas çağırışlardan biri işçi qüvvəsi çatışmazlığıdır. Ötən il və ondan əvvəlki il də eyni göstərici qeydə alınıb. Bu il də biznes tərəfindən aparılan araşdırmada eyni əsas problem müəyyən edilib. Məhz buna görə biz təhsil islahatına başlamışıq. 90-cı illərdən etibarən təhsil sistemində ciddi problemlər yaranıb və bu, nəticə etibarilə bu gün biznesə mənfi təsir göstərir. Biz bu vəziyyəti düzəltməyi planlaşdırırıq. Digər çağırışlar da qeyd olunub. Bizneslə dialoqu davam etdirməyə hazırıq və hər hansı problem yaranarsa, hər bir problem məhz dialoq əsasında həll ediləcək”, – deyə Baş nazir bildirib.

Oxşar