İrakli Ğaribaşvili Davos Dünya İqtisadi Forumunda iştirak edəcək
İrakli Ğaribaşvili Davos Dünya İqtisadi Forumunda iştirak edəcək

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili nümayəndə heyəti ilə birlikdə illik Davos Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə yola düşüb.

Baş nazirin panel müzakirələrində çıxışı planlaşdırılır.

Səfər çərçivəsində hökumət başçısı ikitərəfli görüşlər keçirəcək.

Baş nazirin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyətinə vitse-baş nazir, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri İlia Darçiaşvili və hökumət administrasiyasının rəhbəri Revaz Cavelidze daxildir.

Məlumatı baş nazirin mətbuat xidməti yayır.