Azərbaycanın qüvvədə olan prezidenti İlham Əliyev, prezident seçkilərində öz səsini ailəsi ilə bərabər verdi.
İlham Əliyev səsini 1967-1977-ci illərdə təhsil aldığı məktəb binasında yerləşən seçki məntəqəsində verdi.
Azərbaycan prezidenti seçki məntəqəsinə ailəsi ilə bərabər getdi. Səslərini öncə prezidentin övladları və həyat yoldaşı Mehriban Əliyeva verdilər, sonra isə, İlham Əliyevin özü.
Xatırladaq ki, bugün Azərbaycanda prezident seçkiləri keçirilir.
İqtidar dəstəsinin prezidentliyə namizədi qüvvədə olan prezident İlham Əliyevdir.
Azərbaycanın Mərkəzi Seçki Komisiyasının məlumatına görə, bu vaxta qədər, heç bir seçki məntəqəsində və seçki prosesində pozuntu olmayıb.