İlham Əliyev elektrik enerjisinin ötürülməsi üçün Gürcüstan hökumətinə minnətdarlığını bildirdi
Azərbaycan prezidenti, İlham Əliyev elektrik enerjisinin ötürülməsi üçün Gürcüstan hökumətinə minnətdarlığını bildirdi. Bu barədə məlumatı “haqqin.az” portalı yayır.
Əliyev fövqəladə iclası ölkədə enerji sistemində yaranan durum ilə bağlı keçirdi.
Prezident həmçinin həmvətəndaşlarına minnətdarlığını bildirdi, çünki Əliyevin dediyinə görə, onlar panikaya uymadılar.
Azərbaycanda, Mingəçevir elektrik stansiyasında qəza nəticəsində, ölkədə iki gün ərzində elektik enerjisinin ötürülməsi baxımından əngəllər var idi. Dünən Bakıda elektrik enerjisi metroda da söndü.
Gürcüstandan Azərbaycana elektrik enerjisinin idxalı hazırda təxminən 97 meqavatı təşkil edir.