İlham Əliyev - Azərbaycan Gürcüstanda ən böyük sərmayədardır, bu da Gürcüstanın ən yaxşı sərmayə iqliminə işarə edir
İlham Əliyev - Azərbaycan Gürcüstanda ən böyük sərmayədardır, bu da Gürcüstanın ən yaxşı sərmayə iqliminə işarə edir

Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsi hər il artır, Gürcüstanda həyata keçirilən sərmayələrin həcmi ilə isə, Azərbaycan birinci yerdədir, bu isə ölkənizdə ən yaxşı sərmayə iqliminə işarə edir, – bu barədə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Gürcüstanın baş naziri ilə görüşü zamanı bəyan etdi.

Azərbaycan prezidenti Gürcüstanın baş nazirinin səfərinin əhəmiyyətinə və ikitərəfli əlaqələrin yüksək səviyyəsinə xüsusi diqqət yetirdi.

“Cənab baş nazir, Azərbaycan xoş gəmisiniz. Əminəm ki, səfəriniz Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafında əhəmiyyətli rol oynayacaqdır. Biz başqa başqa sahələrdə uğurla əməkdaşlıq edirik. Sevinirəm ki, ticarət dövriyyəsi artır. Azərbaycan Gürcüstanda sərmayələr yatıran ölkələr arasında birinci yerdədir. Biz bu mövqeni 2012-ci ildən qoruyub saxlayırıq. Bu isə ölkənizdə ən yaxşı sərmayə iqliminə işarə edir. Bu il Cənubi qaz dəhlizi, TANAP layihəsinin həyata keçirilməsi, əməkdaşlığımızı daha da yüksək səviyyəyə çıxaracaq. Əməkdaşlığımız yalnız bölgə səviyyəsində deyil, həmçinin qlobal səviyyədə inkişaf edir. Əminəm ki, bizim aramızda olan əməkdaşlıq gələcəkdə də millətimizə xidmət edəcək. Sizi bir daha salamlayıram və əminəm ki, bu səfərin bizim əlaqələrimizin gələcək inkişafında xüsusi əhəmiyyəti olacaqdır”, – İlham Əliyev Giorgi Marqvelaşviliyə müraciət etdi.

Gürcüstanın baş naziri Azərbaycan Respublikasının prezidentinə minnətdarlığını bildirdi və iki ölkə arasında mövcud olan iqtisadi əlaqələrin inkişafı dinamikasına diqqət yetirdi.

“Azərbaycana səfər bizim üçün həmişə xüsusi hadisədir, çünki Azərbaycan Gürcüstanın əhəmiyyətli strateji partnyorudur. Biz sevinirik ki, ölkələrimizin iqtisadi əlaqələri yüksəliş yolundadır. Keçən il ticari-iqtisadi əlaqələrdə xüsusi atımla fərqləndi. Azərbaycan Gürcüstanın birinci sərmayə partnyorudur. Qlobal formatlarda Gürcüstan Azərbaycanın mövqələrini həmişə dəstəkləyir. Həmçinin ilk müstəqil Respublikanın elan edilməsinin 100 illik yubileyini təbrik edirəm. Bu Gürcüstan üçün, Azərbaycan üçün də əhəmiyyətli tarixdir. Əminən ki, bunu biz layiqincə qeyd edəcəyik”, – Giorgi Kvirikaşvili bəyan etdi.

Gürcüstanın baş naziri və Azərbaycan Respublikasının prezidentinin görüşü “Zaqulba” Sarayında keçirildi.

Görüş barəsində məlumatı Gürcüstan hökuməti administrasiyasının mətbuat xidməti yayır.