İlham Əliyev - Azərbaycan və Gürcüstan Avropada vahid, strateji əhəmiyyətli komandadır
İlham Əliyev - Azərbaycan və Gürcüstan Avropada vahid, strateji əhəmiyyətli komandadır

Azərbaycan Prezidenti Azərbaycan və Gürcüstanın Avropada vahid, strateji əhəmiyyətli komanda olduğunu bildirib. İlham Əliyev bunu “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda çıxışı zamanı bildirib.

“Gürcüstan və Azərbaycan yaxın tərəfdaşlardır. Bizim tərəfdaşlığımız təkcə enerji ilə məhdudlaşmır. Bu əməkdaşlığımız özümüzü – hər iki ölkəni Avropada vahid, strateji əhəmiyyətə malik komanda kimi təqdim etməyə imkan verdi”– deyə Əliyev bildirib.

Azərbaycan Prezidentinin sözlərinə görə, o, tez-tez Gürcüstana gəlir, Gürcüstanın Baş naziri isə Azərbaycana səfər edir və bu görüşlərdə mühüm məsələlər müzakirə olunur.

“Biz Gürcüstanın Avropa İttifaqına daxil olmaq istəyini tam başa düşürük. Bu işdə gürcü dostlarımıza uğurlar arzulayıram və Gürcüstanı statusun verilməsi münasibətilə təbrik edirəm”- deyə Azərbaycan Prezidenti qeyd edib.