Tbilisidə, İki şagirdin qətli ilə əlaqədar baş nazir Giorgi kvirikaşvili bəyanat yayır.
“Nəticəsində iki şagırdin həyatına son qoyan, dünən baş verən faciəyə görə həddindən artıq kədərliyəm. Onların ailələri, yaxınları və dostlarına başsağlığı verirəm.
Bu ümumi faciədir, hamımızı bir daha düşündürdü ki, bu duruma qədər nə cür gəlib çıxdıq ki, övladlarımız bu cür bir birini qurban verirlər.
Biz, hamımız birlikdə, bütün ictimaiyyət birləşməliyik ki, dinc və sağlam mühit olsun, özəlliklə də ilk növbədə gələcək nəsil üçün. Bu istiqamətlə aparıcı rol təhsil sistemi üzrə konsolidasiyadan keçir ki, problemin düzgün müəyyənləşdirilməsi baş versin. Bu, tərəfi olmayan mövzudur.
Bu, ağır dəqiqələrdə ümidvar olduğumu bildirmək istəyirəm ki, birgə qüvvələrimizlə hər şeyi edəcəyik ki, bu cür faciə bir daha təkrar olunmasın”, – baş nazir bəyan edir.
Gürcüstan Daxili İşlər Nazirliyi Xorava küçəsində qəsdən qətl faktı işinin üstünü, isti izlərlə açdı – qəsdən qətl itthamı ilə 2001-ci il doğumlu şəxsi yaxaladılar. DİN daha bir nəfəri axtarır. Baş verən hadisə nəticəsində iki gənc həlak oldu. Onlardan biri xəstəxanaya çatdırılana kimi dünyasını dəyişdi. Baş verən faklta əlaqədar, Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsi istintaqı GCM-nin 109-cu maddəsi (qəsdən qətl) ilə aparır.