"İctimai sağlamlıq haqqında" qanuna dəyişikliklər layihəsini Parlament ilk dinləmə ilə təsdiq etdi
“İctimai sağlamlıq haqqında” qanuna dəyişikliklər layihəsini Parlament ilk dinləmə ilə, 81 səslə təsdiq etdi.
Layihəyə uyğun olaraq, koronavirusa qarşı vaksinasiya məqsədilə, qanuna xüsusi maddə artırılır. Buna əsasən, vaksinasiya prosesində mümkün ziyana məsuliyyəti üzərinə dövlət götürür. Ziyanın idxalçı, tibb personalı və tibb müəssisəsi tərəfindən buraxılan səhvdən əmələ gəlməsindən başqa.
Bu requlasiyanın qanunvericilikdə əks olunmasını istehsalçılar bütün ölkələrdən tələb edirlər.
Qanunlayihənin təşəbbüskarlarından biri, Dimitri Xundadzenin açıqlamasına görə, “İctimai sağlamlıq haqqında” qanuna dəyişikliklər layihəsi sürətləndirilmiş qaydada daxil olur ki, ölkəyə vaksinin gətirilməsinə əngəllər yaranmasın.
Qanunlayihənin ilk dinləmə ilə təsdiq edilməsindən sonra, sənədi ikinci dinləmə ilə Səhiyyə Komitəsi müzakirə etdi və dəstəklədi.
“İctimai sağlamlıq haqqında” qanuna dəyişikliklər layihəsini ikinci və üçüncü dinləmə ilə sabah plenar iclasda müzakirə edəcəklər.