Məktəb şagirdlərinin və pedaqoqların sağlamlığınım qorunması məqsədi ilə, Gürcüstanın Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi ilə məsləhələşmə nəticəsində qərar verdi ki, məktəblərdəki qış tətilləri yanvarın 18-nə qədər uzadılsın.
“Baxmayaraq ki, ölkədə qrip virusunun göstəriciləri epidemiya göstəricilərinə qədər çatmayıb, virusun yayılmasının prevensiyası məqsədi ilə, ümumi məktəblərdəki təhsil prosesi yanvarın 18-dən başlayacaq.
Ona qədər isə, məktəblərdə inventarizasiyanın dezinfeksiyası keçiriləcək” – deyilir Təhsil Nazirliyinin bəyanatında.