Human Rights Watch - Ermənistan hakimiyyəti əhalinin dinc toplaşma hüququnu qorumalıdır
“Human Rights Watch” beynəlxalq hüquqmüdafiə təşkilatı Ermənistan hakimiyyətini əhalinin dinc toplaşma hüququnu qorumağa çağırır. Bu barədə təşkilat tərəfindən yayılan bəyanatda deyilir.
“Ermənistan hakimiyyəti əhalinin dinc toplaşma hüququnu qorumalıdır. Polisin istənilən münasibəti mütənasib və BMT-nin hüquqmühafizə orqanlarının standartlarına uyğun olmalıdır”, – təşkilat tərəfindən rəsmi veb səhifəsində yayılan bəyanatda deyilir.