Hüquq-mühafizə orqanlarının əməkdaşları İnterpolun qırmızı bülleteni ilə axtarışda olan xarici ölkə vətəndaşını saxlayıblar
Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Acara Baş İdarəsinin əməkdaşları İnterpolun qırmızı bülleteni ilə axtarışda olan Türkiyə vətəndaşını saxlayıblar.
Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılan şəxs Türkiyənin hüquq-mühafizə orqanlarının müraciəti əsasında müxtəlif ağır cinayətlər törətməkdə ittiham olunaraq İnterpolun qırmızı bülleteni ilə beynəlxalq axtarışa verilib.
“Onun Türkiyə Respublikasının Cinayət Məcəlləsinin dörd maddəsi üzrə ittiham olunduğu bildirilir. Bunlara cinayətkar təşkilat yaratmaq, rəsmi sənədi saxtalaşdırmaq, ağır cinayət kateqoriyasına aid oğurluq və etibardan sui-istifadə daxildir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan istintaq tədbirləri nəticəsində axtarışda olan şəxs Batumidə saxlanılıb.
Hazırda saxlanılan şəxsin barəsində qanunvericiliklə nəzərdə tutulmuş ekstradisiya prosedurları həyata keçirilir”, – Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.