Hubert Knirş - yaxşı olardı ki, Sxinvali və Moskvada Berlin Divarı dərsini öyrənsinlər
Yaxşı olardı ki, Sxinvali və Moskvada məsuliyyətli şəxslər Berlin Divarı dərsini öyrənə idilər: qeyri-insanlığa əsaslanan sərhədlər, uzun müddət mövcud ola bilməz, – bu barədə Almaniyanın Gürcüstandakı səfiri, Hubert Knirş bəyan etdi.
Onun dediyinə görə, tibbi lüzumluluğun lazım olduğu təqdirdə inzibati xəttin keçilməsinə qadağa halları bir daha “borderləşdirmənin” humanitar nəticələrini açıqca göstərir.
“Son günlər ərzində tez-tez eşidirk ki, Cənubi Osetiyanın de fakto idarələri ağır tibbi hallarda da vətəndaşlara inzibati xətti keçməyə qadağa qoyur. Bu təqdirdə bir daha “borderləşdirmənin” humanitar nəticələri açıqca görünür. Yaxşı olardı ki, Sxinvali və Moskvada məsuliyyətli şəxslər Berlin Divarı dərsini öyrənə idilər: qeyri insanlığa əsaslanan sərhədlər uzun müddət mövcud ola bilməz”, – Almaniyanın Gürcüstandakı səfiri bəyan etdi.
Hubert Knirşin bəyanatını Almaniyanın Gürcüstandakı Səfirliyi yayır.