Hollandiya səfiri - NATO gəmilərinin səfəri göstərir ki, Gürcüstan aliyansın partnyorudur
Hollandiyanın Gürcüstandakı səfiri, Cos Dou Potiyə NATO gəmilərinin daxil olmasını alqışlayır. Bu barədə diplomat “Tvitterdə” yazır. Onun dediyinə görə, NATO gəmilərinin Gürcüstana səfəri göstərir ki, Gürcüstan aliyansın partnyorudur.
Gürcüstanın ərazi sularına NATO-nun gəmiləri dünən daxil oldular. NATO-nun və Gürcüstan Sahil Mühafizəsinin iki gəmisi – “Dioskuriya” və “Oçamçire” birgə təlim keçəcəklər. Təlimdə həmçinin Hollandiyanın, Türkiyənin, Rumıniyanın və Bolqarıstanın gəmiləri iştirak edəcəklər.
Təlimin məqsədi Gürcüstan və NATO dəniz qüvvələri arasında ikitərəfli hərəkətləri yüksəldilməsidir.