Birinci Kanalın məlumatına görə, Gürcüstan hökumətinin yeniləşdirilmiş tərkibində iki yeni nazir olacaq.
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili hökumətdə miqyaslı struktur və kadr dəyişiklikləri haqqında sabah bəyanat verəcək.
Bu vaxta qədər mövcud olan məlumata görə, bir neçə nazirliyin biləşdirilməsi planlaşdırılır. 18 nazirlik əvəzinə 13 nazirlik olacaq.
Bundan irəli gələrək, Birinci Kanal üçün məlum oldu ki, hökumətin yeniləşdirilmiş tərkibdə iki yeni nazir olacaq, nazirlər kabinetinin başqa üzvləri isə yerlərini dəyişəcəklər