Hitrou aeroportunda nəqliyyat vasitələrinin toqquşması nəticəsində bir nəfər həlak oldu
Hitrou aeroportunda nəqliyyat vasitələrinin toqquşması nəticəsində bir nəfər həlak oldu

Londonda, Hitrou aeroportunda iki nəqliyyat vasitəsinin toqquşması nəticəsində bir nəfər həlak oldu, – bu barədə məlumatı Sky News yayır.

Buna qədər məlumat yayılırdı ki, insident nəticəsində iki nəfər zədələnmişdir.

London Tibb Mərkəzinin əməkdaşının məlumatına görə, onlardan birinin ürəyi dayandı.

Yayılan məlumata görə, həlak olan aeroportun əməkdaşıdır. İkinci xəsarət alanın durumu sabitdir və həkimlərin nəzarəti altındadır.

İnsidentə görə aeroportun işi bir neçə saatlığına əngəlləndi.