Gürcüstan vətəndaşları İslandiyadan artıq sığınacaq istəmirlər.
İslandiyanın Miqrasiya Xidmətinin göstəricilərinə əsasən, cari ilin iyul-avqust aylarında idarəyə heç bir ərizə daxil olmayıb.
İlin əvvəlində, yəni yanvar-iyun aylarında da sadəcə 21 ərizə daxil oldu.
2017-ci ildə isə, İslandiyadan sığınacaq almaq tələbi ilə Gürcüstan birinci yerdə idi. Miqrasiya xidmətinə 289 vətəndaş müraciət etmişdi və onlardan sadəcə üçü qəbul edildi.
2018-ci ildə 39 ərizə daxil oldu, ancaq heç biri qəbul edilmədi.
Xatırladaq ki, 2017-ci ilin iyun ayında, İslandiya Gürcüstanı təhlükəsiz ölkə elan etdi.