Gürcüstanın Müstəqillik Günü, pandemiyaya baxmayaraq dünyanın paytaxtlarında da qeyd olunur
Gürcüstan Xarici İşlər Nazirliyi və xaricdə Gürcüstan diplomatik nümayəndəliyinin qoşulması ilə, Gürcüstanın Müstəqillik Günü – 26 may, dünya miqyası ilə müxtəlif tədbirlərlə qeyd olunur. Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayır.
Elə onların məlumatına görə, Gürcüstanın Müstəqillik Gününün qeyd olunması üçün, ənənəvi olaraq, dünyanın müxtəlif görməli yerləri Gürcüstanın bayrağı rənglərində işıqlandırılacaq. Qüdsün qədim şəhəri, Yafonun darvaza girişi Gürcüstanın milli simvolu ilə işıqlandırılacaq. Yaponiyada, Tokiyo mərkəzində binalarda Gürcüstan bayrağı rəngləri əks olunacaq. Salonikdə meriya binası həmçinin Gürcüstan bayrağı rəngləri ilə işıqlandırılacaq.
26 mayın qeyd olunması üçün, ənənəvi olaraq, Gürcüstanın milli simvolları ilə Litvanın ən görəmli yerlərindən biri – Ağ Körpü, həmçinin Kaunasın “Ratuşesi” işıqlandırılacaq. Gürcüstan vaxtı ilə saat 17:10-da Vilnüsün əsas kafedral meydanında Gürcüstanın bayrağı sərgilənəcək və Gürcüstanın dövlət himni səsləndiriləcək. Estoniya və Azərbaycanda Gürcüstan Səfirtlikləri binalarından Gürcüstan bayrağı rəngləri əks olunacaq.
Belarusda, Minskin mərkəzində yerləşən ticarət mərkəzində böyük ekranda Gürcüstan bayrağı rəngləri əks olunacaq, İrlandiyada Gürcüstan Səfirliyi təşkilatçılığı ilə, Dublin küçələrində Gürcüstan bayraqları sərgilənəcək.
Həmçinin Niderlandda, Haaqada Gürcüstan himni səsləndiriləcək.
Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, Gürcüstan milli bayramının qeyd olunması üçün ABŞ, Meksika, Azərbaycan, Türkiyə, Özbəkistan, Belarus, Polşa, Litva, İrlandiya, Sloveniya, İspaniya, İsveçrə və Fransada müxtəlif tədbirlər keçiriləcək.
Azərbaycanda Gürcüstanın səfiri, diaspor nümayəndələri ilə birlikdə, Qax şəhərində 9 Aprel memorialını gül-çiçək dəstələri ilə bəzəyəcək.
Bolqarıstanda Gürcüstan Səfirliyi müstəqillik gününə həsr olunmuş video-konfrans keçircək.
Latviyada Gürcüstan Səfirliyinin təşkilatçılığı ilə video çarx yayılacaq. Video-müraciətlər həmçinin Azərbaycanda, ABŞ-da Nyu-York şəhərində, Braziliyada, Belarusda, Almaniyada, Birləşmiş Krallıqda, Estoniyada, Vatikanda, Yaponiyada, İrlandiyada, Misirdə, İranda, İsraildə, Koreya Respublikasında, Norveçdə, Sloveniyada, Macarıstanda və İsveçrədə yayılacaq.
Həmçinin Türkiyədə, Gürcüstan Səfirliyi səmaya üzərində Gürcüstan bayrağı əks olunan hava toplarını buraxacaq.
Argentina, Latviya, Sloveniya, Slovakiya, Hollandiya, Macarıstan, Türkiyə, İordaniya, İndoneziya, Yaponiya və Cənubi Afrikada Gürcüstan diplomatik missiyaları rəhbərlərinin 26 may ilə bağlı müsahibə və məqalələri dərc olunacaq.