Ətraf Mühitin Milli Agentliyinin məlumatına görə, martın 14-də Gürcüstanın bəzi rayonunda güclü külək gözlənilir.
“Zemo İmereti, Kolxeti aranı və Qori – Surami hissəsində şərq istiqamətli güclü külək əsəcək. Qərbi Gürcüstanın aranında +15, +20, Şərqi Gürcüstanın aranında isə, +10, +15 dərəcə olacaq”, – Ətraf Mühitin Milli Agentliyində bəyan edirlər.
Elə onların məlumatına görə, martın 15-də Gürcüstanda vaxtaşırı yağış gözlənilir.
“Tbilisidə yağış gözlənilir. Havanın temperaturu matın 14-də +10, +12, matın 15-də isə, +13, +15 dərəcə gözlənilir”, – Ətraf Mühitin Milli Agentliyinin məlumatında deyilir.