Gürcüstanın baş naziri, Mamuka Baxtadze NATO-nun baş katibi, Yens Stoltenberq ilə görüşdü
Gürcüstanın baş naziri, Mamuka Baxtadze Brüsseldə işçi səfərini NATO-nun baş katibi, Yens Stoltenberq ilə görüş ilə başladı.
Gürcüstan hökuməti administrasiyasının mətbuat xidmətinin məlumatına görə, tərəflər NATO-ya inteqrasiya prossesində bütün önəmli məsələləri müzakirə etdilər.
Görüş zamanı Mamuka Baxtadze və Yens Stoltenberq Brüssel sammiti çərçivəsində əməkdaşlığın yeni sahələri barəsində müzakirə apardılar.
Həmçinin görüş zamanı Gürcüstan hökumət başçısı və NATO-nun baş katibi NATO-Gürcüstan əlaqələrinin gündəmində əldə olunan tərəqqi və gələcək əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə etdilər.
Gürcüstan hökuməti administrasiyasının mətbuat xidmətinin məlumatına görə, NATO-nun baş katibi Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha təsdiq etdi.