Gürcüstanın Avropa İttifaqına inteqrasiyası komissiyası iclasında Avropa İttifaqına inteqrasiyanın yol xəritəsinin konsepsiyası təsdiq edildi
Gürcüstanın Avropa İttifaqına inteqrasiyası komissiyası iclasında Avropa İttifaqına inteqrasiyanın yol xəritəsinin konsepsiyası təsdiq edildi

Biz, Avropa İttifaqı ilə assosiyasiya razılaşmasının tələb etdiyindən daha da artıq edə bilərik ki, gələcəkdə də Avropaya doğru inteqrasiyanı davam etdirək; bunu nəzərə alaraq, qərar vedik ki, Avropa İttifaqına inteqrasiyanın yol xəritəsini işləyib hazırlayaq, – bu barədə baş nazir, Giorgi Kvirikaşvili Gürcüstanın Avropa İttifaqına inteqrasiyası komissiyasının 57-ci iclasında bəyan etdi.

Baş nazirin dediyinə görə, yol xəritəsi Gürcüstanın daha artıq yaxınlaşmasına imkanlar yaradacaq.

“Qeyd olunasıdır ki, Gürcüstan Avropa İttifaqı partnyorları tərəfindən, həyata keçirilmiş islahatlarla lider hesab olunur və komissiyanın bütün üzlərini bu uğur münasibəti ilə təbrik etmək istəyirəm. Biz haqiqətən fəxr edə bilər ki, Gürcüstan həyata keçirilmiş bütün islahatlarda liderdir”, – baş nazir bəyan etdi.

Hökumət administrasiyasının mətbuat xidmətinin məlumatına görə, şüarı “daha artıq imkanlar üçün daha artıq inteqrasiya” yol xəritəsi ilin sonuna kimi işlənib hazırlanacaq. Hökumət başçısı xarici işlər nazirinə müraciət etdi ki, Avropa İttifaqına inteqrasiyanın yol xəritəsinin konsepsiyası üzrə məsləhətləşmələr əhali ilə, mülki ictimaiyyət ilə, biznes dairələri nümayəndələri ilə aparılsın, çünki qeyd olunan plan tamamilə hamının, hər bir vətəndaşın olmalıdır.