"Gürcüstanı bütün qəlbimizlə sevmişdik" - Mustafa Emre Çabukun həyat yoldaşı açıq məktub yayır
"Gürcüstanı bütün qəlbimizlə sevmişdik" - Mustafa Emre Çabukun həyat yoldaşı açıq məktub yayır

Ekstradisiya ərəfəsində olan “Demirel kolecinin” sabiq müdiri Mustafa Emre Çabukun həyat yoldaşı, Gürcüstanın Ədliyyə Naziri Tea Tsulukianiyə, Gürcüstanın birinci xanımı Maka Çiçuaya, Xalq müdafiyəçisi Nino Lomcariaya, parlamentin hüquq komitəsinin sədri Eka Beseliaya, parlamentin təhsil komitəsinin sədri Mariami Caşiyə və Ali Məhkəmənin sədri Nino Qvenetadzeyə açıq məktubla müraciət edir. 

Məktubda Tuğba Çabuk, qeyd olunan xanımlarla görüşmək istədiyini bildirir. 

Xatırladaq ki, Mustafa Emre Çabuk 2017-ci ilin may ayında Gürcüstanda, Türkiyə iqtidarının tələbi ilə həbs edildi.

Türkiyə iqtidarı Mustafa Emre Çabuku Fetullah Gülenin təşkilatı ilə əməkdaşlıqla ittiham edir.

Qeyd edək ki, Gürcüstanın müvafiq hökümət  idarələri Mustafa Emre Çabuka siyasi qaçqın statusunu verməkdən imtina etdilər.