Gürcüstandan Almaniyaya sığınacaq üçün müraciət edənlərin sayı azalıb
Almaniyadan sığınacağı cari ilin iyul ayında 175 Gürcüstan vətəndaşı istədi. Cari ilin əvvəli ilə müqayisədə bu rəqəm xeyli azalıb.
Miqrasiya və qaçqınların federal xidmətinin göstəricilərinə görə, iyul göstəriciləri ilə Gürcüstan ən çox sığınacaq istəyən 10 ölkə siyahısına düşmədi. Halbuki, yanvar göstəriciləri ilə, Gürcüstan bu siyahıda 9-cu yerdə idi.
Yeddi ay ərzində, Almaniyadan sığınacağı 2625 Gürcüstan vətəndaşı istədi, ki bu da, tam göstəricilərin 2,6 faizini təşkil edir.
Almaniya Gürcüstanı təhlükəsiz bir ölkə olaraq elan etməyi planlaşdırır.
Nəticədə, Almaniyadan sığınacaq istəyən Gürcüstan vətəndaşlarının sayı azalacaq.