Gürcüstanda prezident seçkiləri keçirilir
Gürcüstanda prezident seçkiləri keçirilir

Gürcüstanda prezident seçkiləri keçirilir. Ölkə əhalisi sıra ilə beçinci prezidenti, altı il müddətinə seçir.

Seçkilər 73 seçki dairəsində keçirilir. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bütün ölkə miqyasında 3 637 və istisna olaraq yaradılmış 11 seçki məntəqəsi açılıb.

Xaricdə açılmış məntəqələrin sayı isə, 57-ni təşkil edir.

Seçicilərin vahid siyasısında 3 504 082 seçici var, xaricdə qeydiyyadan 14 795 seçici keçib, ümumilikdə cəmi 3 518 877 seçici.

Prezident seçkilərində 25 namizəd iştirak edir:

1. Besarion Tediaşvili – N49

2. İrakli Qorqadze – N23

3. Zviad Mexatişvili – N13

4. Levan Çxeidze -N40

5. Gela Xutsişvili – N35

6. Kaxaber Çiçinadze – N58

7.  Şalva Natelaşvili – N10

8. Vladimer Noniakaşvili – N62

9. Salome Zurabişvili – N48

10. Grigol Vaşadze -N5

11. Mixeil Antadze – N1

12. Akaki Asatiani – N18

13. Tamar Sxoroqauli – N31

14. Zviad İaşvili – N30

15. Zviad Bağdavadze – N27

16. Giorgi Liluaşvili – N17

17. Mixeil Saluaşvili – N28

18. Kaxa Kukava – N21

19. Teymuraz Şaşiaşvili – N65

20. Giorgi Andriadze – N51

21. Otar Meunargiya – N22

22. David Usupaşvili – N25

23. David Bakradze – N2

24. Vaxtanq Qabunya – N4

25. Zurab Caparidze – N36

 

Prezident namizədinə qələbə üçün 50%+ 1 səs lazımdır. Gürcüstan prezidenti seçilmiş hesab olunacaqdır, əgər seçkilərdə iştirak edən seçicilərin yarından çoxu ona səs verdisə.

Əgər seçkilərin birinci turunda heç bir namizəd lazım olan qədər səsləri toplaya bilmədisə, seçkilərin ikinci turu təyin olunacaq. İkinci turda seçici, birinci turun ən yaxşı nəticəsi olan iki namizəd arasında seçim etməlidir. Seçkilərin ikinci turunu Mərkəzi Seçki Komissiyası, müvafiq sərəncam əsasında təyin edir. Seçkilərin ikinci turu, birinci turun nəticələrinin rəsmi bəyan edilməsindən, iki həftən sonra keçirilir. İkinci turda qalib ən çox səs toplayan bəyan ediləcək.