Gürcüstanda koronavirusun doqquz yeni halı qeydə alındı, dörd pasiyent sağaldı
Gürcüstanda koronavirusun doqquz yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 1 225 halı təsdiq olunub. Buradan min vətəndaş sağalıb.
Bununla yanaşı, xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.
Gürcüstanda koronavirus ilə 17 pasiyent vəfat edib.
Karantin rejimində 7 068 vətəndaş, stasionarda müşahində altında 250 vətəndaşdır.