Gürcüstanda koronavirusun doqquz yeni halı qeydə alındı, dörd pasiyent sağaldı

10:35, 09.08.2020

Gürcüstanda koronavirusun doqquz yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 1 225 halı təsdiq olunub. Buradan min vətəndaş sağalıb.

Bununla yanaşı, xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.

Gürcüstanda koronavirus ilə 17 pasiyent vəfat edib.

Karantin rejimində 7 068 vətəndaş, stasionarda müşahində altında 250 vətəndaşdır.

Oxşar