Gürcüstanda koronavirusun 549 yeni halı qeydə alındı, 268 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 549 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 9 245 halı təsdiq olunub. Buradan 4 887 vətəndaş sağalıb.
Bununla yanaşı, xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.
Gürcüstanda koronavirusdan daha dörd pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 58-ə çatdı.
Karantin rejimində 5 392 vətəndaş, stasionarda müşahində altında 836 vətəndaşdır.
Bununla yanaşı, kovid-mehmanxanalarda 1 100 insan qalmaqdadır.
Xatırladaq ki, dünən Gürcüstanda koronavirusun 578 yeni halı aşkar edildi.