Gürcüstanda koronavirusun 549 yeni halı qeydə alındı, 268 pasiyent sağaldı

11:12, 06.10.2020

Gürcüstanda koronavirusun 549 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 9 245 halı təsdiq olunub. Buradan 4 887 vətəndaş sağalıb.

Bununla yanaşı, xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.

Gürcüstanda koronavirusdan daha dörd pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 58-ə çatdı.

Karantin rejimində 5 392 vətəndaş, stasionarda müşahində altında 836 vətəndaşdır.

Bununla yanaşı, kovid-mehmanxanalarda 1 100 insan qalmaqdadır.

Xatırladaq ki, dünən Gürcüstanda koronavirusun 578 yeni halı aşkar edildi.

Oxşar