Gürcüstanda koronavirusun 404 yeni halı qeydə alındı, 799 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 404 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 262 024 halı təsdiq olunub. Buradan 253 614 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 799 pasiyent sağaldı.
Gürcüstanda koronavirusdan daha 14 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 3 283-ə çatdı.
Karantin rejimində 450 vətəndaş, stasionarda müşahində altında 2 230 vətəndaşdır.
Bununla yanaşı, kovid-mehmanxanalarda 294 insan qalmaqdadır.
Altı fevral göstəricilərilə, Gürcüstanda koronavirusun 602 yeni halı aşkar edildi, 569 insan müalicə olunaraq sağaldı.