Gürcüstanda koronavirusun 404 yeni halı qeydə alındı, 799 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 404 yeni halı qeydə alındı, 799 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 404 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 262 024 halı təsdiq olunub. Buradan  253 614 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 799 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 14 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 3 283-ə çatdı.

Karantin rejimində 450 vətəndaş, stasionarda müşahində altında 2 230 vətəndaşdır.

Bununla yanaşı, kovid-mehmanxanalarda 294 insan qalmaqdadır.

Altı fevral göstəricilərilə, Gürcüstanda koronavirusun 602 yeni halı aşkar edildi, 569 insan müalicə olunaraq sağaldı.