Gürcüstanda koronavirusun 240 yeni halı qeydə alındı, 681 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 240 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 258 351 halı təsdiq olunub. Buradan 249 709 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 681 pasiyent sağaldı.
Gürcüstanda koronavirusdan daha 16 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 3 194-ə çatdı.
Karantin rejimində 474 vətəndaş, stasionarda müşahində altında 2 676 vətəndaşdır.
Bununla yanaşı, kovid-mehmanxanalarda 268 insan qalmaqdadır.
31 yanvar göstəricilərilə, Gürcüstanda koronavirusun 479 yeni halı aşkar edildi, 491 insan müalicə olunaraq sağaldı.