Gürcüstanda koronavirusun 240 yeni halı qeydə alındı, 681 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 240 yeni halı qeydə alındı, 681 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 240 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 258 351 halı təsdiq olunub. Buradan 249 709 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 681 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 16 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 3 194-ə çatdı.

Karantin rejimində 474 vətəndaş, stasionarda müşahində altında 2 676 vətəndaşdır.

Bununla yanaşı, kovid-mehmanxanalarda 268 insan qalmaqdadır.

31 yanvar göstəricilərilə, Gürcüstanda koronavirusun 479 yeni halı aşkar edildi, 491 insan müalicə olunaraq sağaldı.