Gürcüstanda koronavirusun 204 yeni halı qeydə alındı, 736 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 204 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 262 228 halı təsdiq olunub. Buradan 254 350 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 736 pasiyent sağaldı.
Gürcüstanda koronavirusdan daha 15 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 3 298-ə çatdı.
Karantin rejimində 446 vətəndaş, stasionarda müşahində altında 2 229 vətəndaşdır.
Bununla yanaşı, kovid-mehmanxanalarda 295 insan qalmaqdadır.
Səkkiz fevral göstəriciləri ilə, Gürcüstanda koronavirusun 404 yeni halı aşkar edildi, 799 insan müalicə olunaraq sağaldı.