Gürcüstanda koronavirusun 204 yeni halı qeydə alındı, 736 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 204 yeni halı qeydə alındı, 736 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 204 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 262 228 halı təsdiq olunub. Buradan 254 350 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 736 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 15 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 3 298-ə çatdı.

Karantin rejimində 446 vətəndaş, stasionarda müşahində altında 2 229 vətəndaşdır.

Bununla yanaşı, kovid-mehmanxanalarda 295 insan qalmaqdadır.

Səkkiz fevral göstəriciləri ilə, Gürcüstanda koronavirusun 404 yeni halı aşkar edildi, 799 insan müalicə olunaraq sağaldı.