Gürcüstanda koronavirusla bağlı məhdudiyyətlər toylara və yas yerlərinə də aid ola bilər
Gürcüstanda koronavirusla bağlı məhdudiyyətlər toylara və yas yerlərinə də aid ola bilər

Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin rəhbər müavini Paata İmnadze bəyan edir ki, koronavirusla bağlı əlavə məhdudiyətlər qoyulmalıdır.

Paata İmnadze qeyd etdi ki, əhali hazır olmalıdır ki, məhdudiyyətlər müəyyən mərhələlərdə daha da artacaq.

“Misal üçün 100 nəfərlik toylar, yas yerləri də təhlükə təqdim edə bilən yığıncaqlardır və onlara məhdudiyyətlər qoyula bilər. Təbii ki, bu adi həyat qaydalarına ziddir, ancaq hazır olmalıyıq ki, bir gün, insanların çox sayda yığıldıqları yerlərə də qadağan qoyulacaq.

Biz bu tədbirləri Avropa ölkələrindıki kimi epidemiyanın yayılmasından sonra deyil, daha öncə görməliyik” – dedi Paata İmnadze.

Onun dediiynə görə, hərşey hadisələrin inkişafından və gələcək vəziyyətdan asılıdır.