Gürcüstanda son 24 saat ərzində koronavirusdan yeddi pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 143-ü təşkil edir.
Bu gün virusa yoluxmanın 1 186 yeni halı aşkar edildi və 278 pasiyent müalicə olunaraq sağaldı. Bu vaxt üçün Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı 18 663-ü təşkil edir, sağalanaların ümumi sayı isə, 8 338-dir.
Xatırladaq ki, dünən Gürcüstanda koronavirusun 1 192 yeni halı aşkar edildi, 233 pasiyent müalicə olunaraq sağaldı.