Gürcüstanda koronavirusdan yeddi pasiyent vəfat etdi
Gürcüstanda son 24 saat ərzində koronavirusdan yeddi pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 143-ü təşkil edir.
Bu gün virusa yoluxmanın 1 186 yeni halı aşkar edildi və 278 pasiyent müalicə olunaraq sağaldı. Bu vaxt üçün Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı 18 663-ü təşkil edir, sağalanaların ümumi sayı isə, 8 338-dir.