Gürcüstanda koronavirusdan 40 pasiyent sağaldı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 3 913 halı təsdiq olunub. Buradan 1 574 vətəndaş sağalıb.
Bununla yanaşı, xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.
Gürcüstanda koronavirusdan bu gün iki pasiyent vəfat etdi və vəfat edənlərin sayı 22-ni təşkil edir.
Karantin rejimində 4 988 vətəndaş, stasionarda müşahində altında 836 vətəndaşdır.
Xatırladaq ki, dünən Gürcüstanda koronavirusun 193 halı qeydə alındı.