Gürcüstanda koronavirusdan 40 pasiyent sağaldı

11:35, 22.09.2020

Gürcüstanda koronavirusdan 40 pasiyent sağaldı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 3 913 halı təsdiq olunub. Buradan 1 574 vətəndaş sağalıb.

Bununla yanaşı, xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.

Gürcüstanda koronavirusdan bu gün iki pasiyent vəfat etdi və vəfat edənlərin sayı 22-ni təşkil edir.

Karantin rejimində 4 988 vətəndaş, stasionarda müşahində altında 836 vətəndaşdır.

Xatırladaq ki, dünən Gürcüstanda koronavirusun 193 halı qeydə alındı.

Oxşar