Gürcüstanda koronavirus hallarının sayı 300-ə qədər artdı, onlardan 69 nəfər sağalıb
Gürcüstanda koronavirusun dörd yeni halı qeydə alındı.
Bu haqda məlumat Gürcüstan iqtidarı tərəfindən, koronavirusla mübarizə tədbirləri çərçivəsində yaradılan xüsusi veb-səhifə stopcov.ge-də yeniləndi.
Müvafiq olaraq, bu vaxt üçün Gürcüstanda koronavirusun 300 halı qeydə alınıb. Onların arasında 69 nəfər sağalıb.
Virusdan ölənlərin sayı 3-dür.
Xarici ölkədən müalicə üçün üç Gürcüstan vətəndaşı gətirilib.
Karantin rejimində 4990, stasiyonarlarda isə, – 462 nəfər qalır.