Gürcüstanda koronavirusun 17 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 1 411 halı təsdiq olunub. Buradan 1 132 vətəndaş sağalıb.
Bununla yanaşı, xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.
Gürcüstanda koronavirus ilə 17 pasiyent vəfat edib.
Karantin rejimində 6 848 vətəndaş, stasionarda müşahində altında 269 vətəndaşdır.