Gürcüstanda koronavirisun 17 yeni halı aşkar edildi

11:42, 23.08.2020

Gürcüstanda koronavirusun 17 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 1 411  halı təsdiq olunub. Buradan 1 132 vətəndaş sağalıb.

Bununla yanaşı, xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.

Gürcüstanda koronavirus ilə 17 pasiyent vəfat edib.

Karantin rejimində 6 848 vətəndaş, stasionarda müşahində altında 269 vətəndaşdır.

Oxşar