Gürcüstanda fövqəladə vəziyyət ilə bağlı Azərbaycan dilində düzgün olmayan məlumat yayılır
Gürcüstanda fövqəladə vəziyyət ilə bağlı Azərbaycan dilində düzgün olmayan məlumat yayılır

Gürcüstan hökuməti mətbuat xidmətində sosial şəbəkə və bir neçə vebsəhifədə gürcü və Azərbaycan dillərində yayılan məlumatı ki, sanki sabahdan Gürcüstanda fövqəladə vəziyyət ləğv olunur, qətiyyən inkar edirlər.

Mətbuat xidmətindən 1tv.ge-yə bəyan etdiklərinə görə, bu növbəti dezinformasiyadır.

“Gürcüstan hökumətinin qərarına müvafiq olaraq, fövqəladə vəziyyətin müddəti 2020 il 21 aprel də daxil olmaqla müəyyənləşdirildi. İctimaiyyətə müraciət edirik, üzdəniraq feyknyuslara uymamasınlar, maksimal olaraq diqqətli olsunlar və fövqəladə vəziyyət çərçivəsində tədbiq olunmuş məhdudiyyətləri müdafiə etsinlər, əks təqdirdə qanun ilə nəzərdə tutulmuş tədbirlər görüləcəkdir”, – hökumət administrasiyası mətbuat xidmətində bəyan edirlər.