Ətraf Mühit Mühafizəsi Agentliyinin məlumatına görə, dekabrın 11-də günün ikinci yarısından qərbi Gürcüstanda, 12-13 dekabrda is, ölkənin ərazisinin əksəriyyətində yağış, yüksək dağlıq yerlərdə qar, sis və qasırğa, dənizdə 3-4 ballıq fırtına gözlənilir.
Sinoptiklərin proqnozuna görə, gözlənilən güclü yağışlar nəticəsində kiçik çaylarda daşqınların əmələ gəlməsi mümkündür.