Gürcüstanda bu gün havalar yaxşılaşacaq. Ətraf Mühitin Milli Agentliyinin məlumatına görə, 18 yanvara qədər qərbi Gürcüstanda yağışsız havalar olacaq.
“16-17 yanvarda Qara Dəniz sahili rayonlarında, Zemo İmereti və Kolxeti aranında şərq istiqamətli güclü külək əsəcək. Hava temperaturu gündüz aran rayonlarında +10, +15 dərəcəyə qədər artacaq”, – Ətraf Mühitin Milli Agentliyinin bəyanatında deyilir.
Elə onların məlumatına görə, şərqi Gürcüstanda 14-15 yanvarda yağışsız havalar olacaq. Soyuqlar düşəcək, bəzi yerlərdə bir az qar yağacaq və sis hava gözlənilir. Hava temperaturu gün ərzində 0, +5 dərəcəyə qədər düşəcək.
Tbilisiyə gəldikdə, paytaxta yağışsız havalar olacaq. Hava temperaturu gün ərzində +8, +10 dərəcə olacaq. 16 yanvarda isə, soyuq, buludlu hava gözlənilir. Bir az qarın da qeydə alınması mümkündür. Hava temperaturu gün ərzində +3, +5 dərəcəyə qədər düşəcək.