Gürcüstanda bu gün qar və yağış gözlənilir
Gürcüstanda bu gün qar və yağış gözlənilir

Ətraf Mühitin Milli Agentliyinin məlumatına görə, Gürcüstanda bu gün yağışlı hava gözlənilir.

Sinoptiklərin proqnozuna görə, yağış, dağlıq və yüksək dağlıq yerlərdə qar, bəzi yerlərdə çoxlu qar, sis-duman gözlənilir. Elə onların məlumatına görə, vaxtaşırı qərb istiqamətli gürclü külək, dənizdə 4-5 ballıq fırtına olacaq.

“Gözlənilən güclü yağış və qar, qərbi Gürcüstanda kiçik çaylarda suyun səviyyəsinin artmasına, ölkənin dağlıq zonalarında qar uçqunlarının formalaşmasına səbəb olması mümkündür”, – Ətraf Mühitin Milli Agentliyinin məlumatında deyilir.